Ermənistandan İlham Əliyevə açıq məktub var

“Ümid edirəm tezliklə qeyri-şərtsiz amnistiya elan edərsiz”

Ermənistanın keçmiş səhiyyə naziri, alim Ara Babloyan prezident İlham Əliyevə açıq məktub ünvanlayıb.

Ara Babolyan İlham Əliyevə “ortaq tarixi və məsuliyyətləri bölüşürük” deyə müraciət edir.

Məktubda onun uşaq cərrahı kimi minlərlər uşağın, o cümlədən yüzlərlə azərbaycanlı uşağın (Sovetlər zamanı) həyatını xilas etməsi qeyd olunur

Babloyan həm də parlamentin spikeri olduğu müddətdə hər iki ölkədən gənclərin ölməsinə qarşı olmasını xatırladır.

Məktubun əsas məğzi İlham Əliyevə onun verdiyi sözü xatırladaraq, amnistiya etməsini xahiş etməkdir:

“Qarabağ ermənilərinin silahı yerə qoyduqdan və dövləti buraxdıqdan sonra onlar əfv ediləcəyini demişdiz. İndi Qarabağ erməniləri silahı yerə qoydu və Dağlıq Qarabağın “prezidenti” dövləti buraxdı”.

Babloyan Əliyevdən xahiş edirki əfv sərəncamı imzalasın və bununla regionda alçaldılma siyasətinə birdəfəlik son qoysun.

Leave A Reply