Afət Quliyeva təkbaşına tikinti şirkəti ilə mübarizə aparır.

Foto: Ecofront



Gecə ilə evləri başlarına uçurulan ailənin üzvləri çadır qurub ki, tikinti şirkəti dağıntıları təmizləməsin.

Xəbər vermişdik ki, bir neçə gün öncə Murtuza Muxtarov 145 ünvanında gecə ilə vətəndaşın evini başına uçurulub, özünü isə sürüyərək çölə atıblar.

Afət Quliyeva bildirir ki, dağıntı zamanı kassasındakı pullarını oğurlayıblar. Həmçinin videokamera görüntülərinin olduğu kompüter prosessorunu da aparıblar.

Hələ ki, faktla bağlı heç kim cəzalandırılmayıb. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti isə söküntü zamanı 3 ağacın kəsildiyi üçün protokol tərtib edib.

Leave A Reply