“Dünyanın heç bir yerində birinci qrup əlil həbs olunmur”
Dekabrın 3-də məhkəmə zalından birbaşa ev dustaqlığına buraxılan ictimai fəal Famil Xəlilov Meydan TV-yə danışıb.
Birinci qrup əlil olan Famil Xəlilov səhhətinin pisləşdiyini deyir:
“Ağrılarım var, ayaqlarım konkret olaraq tutulub, sözümə qulaq asmır. Amma çox sevinirəm ki, evdəyəm. Onsuz da mən ev dustağı idim, evin içində idim. Sadəcə gəlib məni apardılar”.
“Aclıq aksiyası keçirməyimin səbəbi təkcə o deyildi ki, azadlığa buraxılım. Gündəlik tələbatlarımı ödəyə bilmirdim, insanlara əziyyət vermək, tualetə getmək üçün kimdənsə xahiş etmək istəmirdim. Ona görə də, ora mənim üçün uyğun değildi”, – deyə ictimai fəal bildirib.
Famil Xəlilovun işi üzrə məhkəmə prosesi dekabrın 12-də davam edəcək.