Fransa XİN rəhbəri Stefan Sejurne Ermənistanda rəsmi səfərdədir.
Nazir burada Azərbaycan və Ermənistan arasında sülh sazişi barədə danışıb:
“Azərbaycan COP29-ə qədər sülh istəyirsə, bunu göstərməlidir.
Biz Yerevan və Bakı arasında iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət edən ədalətli və davamlı sülhün bərqərar olmasına imkan verəcək sazişin tezliklə imzalanmasının tərəfdarıyıq.
1991-ci ildə Almatıda imzalanmış sənədin bütün əhəmiyyəti bundadır. Eyni ideya 2022-ci ildə Praqada da siyasi ictimaiyyətə təqdim olunub”, deyə o qeyd edib.