General Altay Mehdiyev
Azərbaycan Ordusunun general-mayoru Altay Mehdiyev iddia edir ki, Zakir Həsənov müdafiə naziri təyin ediləndən sonra ona xidmətini davam etdirəcəyi bildirilsə də, sonradan heç bir əsas göstərilmədən və “saxta tibbi sənədlərlə” ordudan uzaqlaşdırılıb.
Bu barədə Feysbukda paylaşan generalın sözlərinə görə, nazir ona: “Bağışla, gücüm çatmır” deyib.
Mehdiyev sual edir:
- Naziri bu sözləri deməyə vadar edən qüvvələr kimlərdir?
- Ona qarşı verilən qərarların arxasında hansı səbəblər dayanır?
O, dövlətə və xalqa sədaqətlə xidmət etdiyini bildirərək məsələnin qanuni yollarla araşdırılmasını istəyir.
Əslən Lənkərandan olan keçmiş kamandir bildirib ki, uzun illər Silahlı Qüvvələrdə, xüsusilə Naxçıvan istiqamətində xidmət edib.
Onun sözlərinə görə, rəhbərliyi altında 11 min hektardan artıq ərazi və strateji yüksəkliklər itkisiz azad olunub.
2009-2013-cü illərdə Hərbi Hava Qüvvələrinin Komandanı – Müdafiə nazirinin müavini vəzifəsində çalışdığını xatırladan Mehdiyev, ordunun inkişafında müstəsna xidmətləri olduğunu vurğulayıb.
Altay Mehdiyev 2006-cı ildə “Vətən uğrunda” medalı ilə təltif olunub.
General mayor 2013-cü ildə vəzifəsindən azad edilib.