Hikmət Həsənova nə vaxt növbə çatacaq?
“Tərtər işi” üzrə hərbçilərə işgəncə verməkdə günahlandırılan general-mayor Bəkir Orucova hökm oxunub.
Generala 9 il 6 ay həbs cəzası verilib.
Onunla birlikdə daha dörd zabitə hökm oxunub. Məhkəmə iki zabitə 6 il 6 ay, digər ikisinə isə 9 il 6 ay həbs cəzası kəsib.
“Tərtər işi” üzrə işgəncələrdə ən çox adı hallanan general Hikmət Həsənov isə azadlıqdadır.