Sizcə, General Ramiz Zeynalov bu nömrəni necə əldə edib?
Xəbər saytlarında yayılan məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova hədiyyə verib.
Məşqçiyə 77-QQ-777 seriyalı dövlət nömrə nişanı hədiyyə edilib.
Bildirilir ki, bu nömrənin “qara bazar”dakı qiyməti 100 min manata yaxındır.
“Qarabağ” klubunun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev məlumatı təkzib edib:
“Bu xəbər nəyə əsasən ortaya atılıb, bizə məlum deyil. Xəbər reallığı əks etdirmir. Yayılan fotodakı nə avtomobilin, nə də həmin nömrənin Qurban Qurbanova aidiyyəti var”.