Google şirkəti türk qadın mühəndis Ülkü Roveyə 1.15 milyon dollar təzminat ödəyəcək.

Ülkü Rove qadın olduğu səbəbi ilə Google şirkəti tərəfindən ayrı-seçkiliyə məruz qaldığını, eyni işi görən kişi işçilərdən dəfələrlə daha az maaş alması səbəbiylə şirkəti məhkəməyə verib.

Nyu York məhkəməsinin hakimləri cümə günü ərizəçi Rovenin şirkət tərəfindən cinsi ayrıseçkiliyə məruz qaldığı qərarına gəlib.

Məhkəmə qərara gəlib ki, Google dəymiş ziyana görə Ülkü Roveyə 1.15 milyon dollar təzminat ödəsin.

Leave A Reply