Hökumətyönlü hərbi ekspert Ədalət Verdiyev həbs edilib.

Ədalət Verdiyev dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Baş prokurorluq deyir ki, Ədalət Verdiyev ordunun döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib. Çəkdiyi videoları sosial şəbəkələrdə paylaşıb.

Ədalət Verdiyevə qarşı ittihamlar təsdiqlənsə, onu 3 ildən 10 ilə qədər həbs gözləyir.

Leave A Reply