Hərbi xərclərin ÜDM-dəki payı

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) 2026-cı ilin aprelində dərc etdiyi hesabatına görə, Azərbaycan və Ermənistan hərbi xərclərin ÜDM-dəki payına (hərbi yük) görə dünyada ən yüksək göstəricilərə malik ölkələr sırasına daxil olub.

Əsas göstəricilər (2025-ci il):

  • Azərbaycan – 6-cı yer (ÜDM-in 6,47%)
  • Ermənistan – 7-ci yer (ÜDM-in 6,09%)

Hər iki Cənubi Qafqaz ölkəsi qlobal orta göstəricini (2025-ci ildə 2,5%) xeyli üstələyir.

İlk 10 ölkənin siyahısı (hərbi yükün ÜDM-də payı):

SıraÖlkəÜDM-də payı (%)
1Ukrayna39,56
2Əlcəzair8,83
3İsrail7,81
4Rusiya7,50
5Səudiyyə Ərəbistanı6,48
6Azərbaycan6,47
7Ermənistan6,09
8Oman5,68
9Küveyt4,69
10İordaniya4,56

SİPRİanalitikləri qeyd edirlər ki, Azərbaycan həm də hərbi yükün ən çox artdığı ölkələr arasında yer alır – bir il ərzində bu göstərici 1,4 faiz bəndi yüksəlib.

Hesabatda vurğulanır ki, Cənubi Qafqaz regionu hərbi xərclərin intensivliyi baxımından aktiv münaqişə zonalarına bənzər səviyyəyə çatıb.

2025-ci ildə dünyada ümumi hərbi xərclər 2,887 trilyon ABŞ dolları təşkil edib. Qlobal hərbi xərclərin yarıdan çoxu ABŞ, Çin və Rusiyanın payına düşür.

Hərbi xərclərin ÜDM-dəki payı

Leave A Reply