İsrail məhkəmə qarşısında

                                          Foto: Hamam Times

 

Haaqa Beynəlxalq Ədalət Məhkəməsi bu gün İsrailin Qəzzada soyqırım törətməsi ilə bağlı ilk məhkəmə iclasını keçirib.

İsrail dövlətini Cənubi Afrika Respublikası (CAR) məhkəməyə verib.

CAR İsraili BMT-nin 1948-ci il “Soyqırım Konvensiyası”nı pozaraq, Qəzzada soyqırım törətməkdə günahlandırır.

İsrailin Qəzzanı bombalaması nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 23000-dən çox fələstinli həlak olub.

Leave A Reply