Haaqa Tribunalının prokuroru tarixi qərar verib.
Prokuror Kərim Əhməd Xan tribunala müraciət ünvanlayaraq, İsrail və Fələstində bir neçə yüksək rütbəli şəxs barədə həbs orderi çıxarılmasını tələb edib.
Bu siyahıda Fələstin tərəfdən Həmas lideri Yəhya Sinvar, Həmasın hərbi qanadının baş komandanı Məhəmməd Deif və Həmas siyasi bürosunun lideri İsmail Haniyə yer alıb.
İsrail tərəfdən isə baş nazir Benjamin Netanyahu və müdafiə naziri Yoav Qallant yer alıblar.
Bu şəxslər Tribunal tərəfindən “müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə” ittiham olunurlar.