Beynəlxalq Cinayət Məhkəməsi İsrail-Fələstin işində yeni qərar çıxarıb.

Tribunal tərəfindən İsrailin baş naziri Benjamin Netanyahu, keçmiş müdafiə naziri Yoav Qalant və H*m@s rəsmisi İbrahim əl-Masri barədə həbs orderi çıxarılıb.

Tribunal hakimləri orderlərin verilməsi ilə bağlı qərarlarında bildiriblər ki, Netanyahu və Qallantın Qəzzada yaranan aclığa və fələstinlilərin təqib edilməsinə görə cinayət məsuliyyəti daşıdıqlarına inanmaq üçün ağlabatan əsaslar var.

Əl-Masri üçün çıxarılan həbs orderində isə keçən il oktyabrın 7-də İsrailə qarşı hücumlar zamanı kütləvi qətllər, təcavüz və girov götürmə ittihamları sadalanır.

Leave A Reply