Azərbaycan elitasının London sərgüzəştləri davam edir

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda müsadirə olunmuş evi və qolf klubu 42 milyon manata (19,5 milyon funt sterlinqə) satışa çıxarılır.

Britaniya Milli Cinayət Agentliyinin (NCA) 6 illik dələduzluq təhqiqatından sonra, 2024-cü ildə Zamirə Hacıyeva Askot şəhərindəki “Mill Ride” qolf klubu və bir evindən imtina etməyə razılaşıb.

Zamirə Hacıyevanın evi 32 milyon manat (14,75 milyon funt sterlinq) qiymətinə satışa çıxarılır. 1990-cı illərin əvvəlindən fəaliyyət göstərən qolf klubu isə 10 milyon manata (4,25 milyon funt-sterlinq) satışa çıxarılıb.

NCA ötən il bildirib ki, ev və qolf klubu irimiqyaslı dələduzluq, mənimsəmə, saxta mühasibatlıq və çirkli pulyuma nəticəsində əldə olunub.

Zamirə Hacıyevanın əri Cahangir Hacıyev 2001-2015-ci illərdə dövlətin nəzarətində olan ABB-nin sədri olub. Cahangir Hacıyev 3 milyard dollardan çox pul mənimsəməkdə təqsirli bilinərək həbs edilib.

Leave A Reply