Görəsən, başları nəyə qarışıb?
Dünən U15 liqasında baş tutmalı olan EFA-Qəbələ oyunu təxirə düşüb.
Buna səbəb isə uşaq futboluna nəzarət edən şəxslərin oyuna hakim təyin etməyi unutmaları olub.
EFA ilə oyun üçün Bakıya yollanan Qəbələnin heyəti saat 16:30-dək gözlədilib.
Daha sonra isə onlara Qəbələyə qayıtmaları tapşırılıb.