İngiltərədəki Şimali Hertfordşir Muzeyi elan etdi: 218-222-ci illərdə Roma İmperatoru olan Elagabalus trans idi.
Muzeydən bildirilib ki, klassik mətnlərdə Elagabalus özünə “xanım” deyə xitab edilməsini istəyib. Muzey təklif edib ki, onun haqqında danışarkən qadınlar üçün istifadə olunan “She” şəxs əvəzliyindən istifadə edilsin.
The Telegraph nəşrinin xəbərinə görə, bu qərar Elagabalusun bir sevgilisinə “Mənə lord demə, çünki mən bir xanımam” dediyini bildirən Romalı tarixçi Cassius Dio-ya görə verilib.
Digər tərəfdən, muzey tərəfindən bir imperatorun transseksual adlandırılması tarixçilər arasında müzakirələrə səbəb olub.
Tarixçi Andrew Wallace-Hadrill deyib ki, “Romalılarda bizim “transgender” anlayışımız yox idi, lakin onlar “qadın kimisən” sözünü kişilərə qarşı ən ağır təhqirlərdən biri kimi istifadə edirdilər”.