Əmlak vergisi, audit

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov noyabrın 4-də Milli Məclisin komitəsində 2027 büdcə layihəsi müzakirə olunarkən deyib ki, audit zamanı adlarına iri sahəli kommersiya obyektləri olan hüquqi şəxslərin bu əmlakı vergi uçotunda əsas vəsait kimi göstərmədiyi və əmlak vergisi ödəmədiyi müəyyən edilib.

“Əmlak vergisinə cəlb edilməmənin səbəbləri, bir qayda olaraq, daşınmaz əmlakların istismara buraxılış sənədləşməsində olan yubanmalarla əlaqədardır”, - o deyib. Gülməmmədovun sözlərinə görə, bu vergi növü üzrə əlavə gəlir potensialı var. Gələn il əmlak vergisindən daxilolmaların ÜDM-in 0,3 faizi olacağı proqnozlaşdırılır.

Palata sədri güzəştlərin həcmini də deyib: gömrük orqanlarının tətbiq etdiyi güzəşt və azadolmaların illik həcmi təxminən 3 milyard manatdır. Müqayisə üçün, 2027-ci ildə Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə 6 milyard 868 milyon manat daxilolma gözlənilir.

Gülməmmədov cari xərclərin artım tempinə də limit qoyulmasını təklif edib.

Foto: “Trend”.

Leave A Reply