Hollivud ulduzları ABŞ prezidenti Co Baydenə bəyanat ünvanlayıb: “Qəzzanın bombalanmasını dayandırın”

Aralarında Joaquin Phoenix, Cate Blanchett, Susan Sarandon və Dua Lipanın olduğu Hollivudun məşhur simaları ABŞ prezidenti Co Baydendən İsrail-Həmas müharibəsində atəşkəs çağırışı etməyi xahiş ediblər.


Ulduzlar tərəfindən imzalanan bəyanatda aşağıdakı ifadələr yer alır:

“Sizdən xahiş edirik ki, Birləşmiş Ştatların prezidenti olaraq daha bir insan həyatını itirmədən Qəzzada və İsraildə dərhal gərginliyin azaldılmasına və atəşkəsin əldə edilməsinə çağırış edin.

Son bir həftə yarımda 5000-dən çox insan öldürülüb – bu rəqəmin fəlakət olduğunu vicdan sahibi olan hər kəs yaxşı başa düşür. İnancından və etnik mənsubiyyətindən asılı olmayaraq bütün həyatların müqəddəs olduğuna inanır, Fələstin və İsrail vətəndaşlarının öldürülməsini pisləyirik”.

Leave A Reply