Qeyd edək ki, M.Məmmədov 1983-cü ildə Bakıda anadan olub.
Məcnun Məmmədov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə Pakistanın Lahor Universitetində Biznesin idarə edilməsi üzrə magistr təhsili alıb.
M.Məmmədov bu vəzifəyə təyin edilənədək bir sıra şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Belə ki, o
“Paşa Holdinq”in tərkibində olan “Grand-Agro” və “Agro Food Investment” şirkətlərinin direktor vəzifəsini icra edib.
Bundan əlavə Məmmədov daha öncə “PMD Group”, “Modern Group”, “AER” MMC, “Deloitte & Touche Ltd.” “ABN AMRO Bank Kazakhstan” kimi şirkətlərdə də çalışıb.