İcra başçısı musiqi müəllimini özünə müavin təyin edib.
Şəki şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

İcra başçısı Elxan Usubov Töhrablı Xəyalə Töhrab qızını özünə müavin təyin edib.
Töhrablı Xəyalə həm də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.
Bu təyinatadək Töhrablı Xəyalə Töhrab qızı Şəki şəhər Uşaq İncəsənət məktəbinə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. O, ixtisasca musiqi müəllimidir.