Foto: Məhəmməd Kekalov
Noyabrın 20-də polislər tərəfindən evindən aparılan və iki gün ərzində barəsində məlumat verilməyən Məhəmməd Kekalov məsuliyyətə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.
Elşad Hacıyev hazırda Məhəmməd Kekalovun polis bölməsində olduğunu və cinayət işi üzrə məsuliyyətə cəlb edildiyini deyib.
Lakin o, Kekalovun hansı polis bölməsində olması, hansı cinayət işi üzrə məsuliyyətə cəlb edilməsi barədə ətraflı cavab verməyib.