Ölkəmizdə vəziyyət!
İctimai fəalı döyüb, toka veriblər, sonra da zorla sənəd imzalatdırıblar
“Toka veriblər. Döyəndə vurub gözünün altını göyərdiblər, bədənin müxtəlif yerlərində də xəsarət izləri var idi”
Parlamenti monitorinq edən “Məclis.info” platformasının rəhbəri İmran Əliyev barəsində 2 ay 1 gün həbs qətimkan tədbiri seçilib.
Bu barədə onun yaxınları məlumat verib.
Bildirilib ki, İmran Əliyev “Abzas Media işi” üzrə həbs edilib, qaçaqmalçılıqda ittiham olunur.
İmran deyir ki, ona qarşı ittihamlar hamısı saxtadır.