İddia: “Abdullah Öcalanın PKK ilə danışmasına icazə verilib”



“Al-Monitor” nəşrinin yaydığı xəbərə görə, Türkiyə hökuməti 1999-cu ildən bəri həbsdə olan PKK qurucusu Abdullah Öcalanın hazırkı PKK liderləri ilə danışmasına icazə verib.

Məlumata görə, Öcalan PKK liderlərinə “silahları yerə qoymağı müzakirə etməyin vaxtıdır” deyə bildirib.

Bir neçə gün əvvəl Türkiyə parlamentinin açılışında MHP lideri Devlet Bahçeli DEM Partiya (keçmiş HDP) üzvləri ilə əl sıxışmışdı.

Bahçeli bu məsələ barədə belə danışmışdı:

“Dünyada sülh istədiyimiz vaxtda öz ölkəmizdə də sülhü təmin etməliyik”.

Son günlər Türkiyədə baş verənlər də bu sualı gündəmə gətirib: “Kürdlərlə yeni sülh prosesi başlayır?”

Leave A Reply