İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə danışıb.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Foto: Hamam Times
Əliyev Blinkenlə onun köməkçisi olan Ceyms O-Braynın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər fonunda iki ölkə arasında pisləşən münasibətləri müzakirə edib.
İlham Əliyev münasibətlərin normallaşdırılması üçün Ceyms o-Braynın dekabrda Azərbaycana səfər etməsinə razılıq verib. Bunun əvəzində Əliyev Azərbaycan rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan qadağaların aradan qaldırılmasını istəyib. Blinken də buna razılıq verib.
Xatırladaq ki, 16 noyabrda Azərbaycan XİN “ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü yersiz hesab edirik” deyə bəyanat vermişdi.