
Yapon alimləri divarları və maneələri keçə bilən dünyanın ilk “düşünən” robotunu yaradıb. NTV-nin yaydığı məlumata görə, Tokio Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan robot laboratoriyada yetişdirilən neyronlara malikdir və hüceyrələr elektriklə stimullaşdırıldıqda robot kiçik labirintdə uğurla hərəkət edə bilir.
Tədqiqatçılar bildiriblər ki, bu texnika robota beyin dalğalarını anlamağa və maneələri dəf etməyə imkan verir.
“Applied Physics Letters” adlı elmi jurnalda dərc olunan araşdırmanın həmmüəllifi Prof. Dr. Hirokazu Takahaşi deyir ki, “Bu sinir hüceyrələri və ya neyronlar beyindən alınan canlı hüceyrələrdən yetişdirilib.”
Bununla belə, beyin hüceyrələrindən gələn siqnallar robot labirintdə hərəkət edərkən ona ətraf mühitlə bağlı xəbər ötürüb. Eyni zamanda, süni intellektə malik robotun alqoritmi o yanlış istiqamətə dönən zaman neyronlar tərəfindən stimullaşdırılıb.
Təxminən 7,5 santimetr diametrdə və 5 metr hündürlüyündə olan robotun insanlar kimi düşünən və iradə gücünə malik olan robot əsrinin qapısını açdığı bildirilir.
Prof. Dr. Takahaşi “Bizim işimiz sübut etdi ki, beyin toxuması fiziki resurs kimi istifadə edilə bilər. Bizim tapıntılar göstərir ki, sistemə siqnallar göndərməklə, heç bir əlavə öyrənmə olmadan robotun məqsədyönlü davranışına imkan yaradıla bilər.”
Digər tərəfdən, hazırda insanların gördüyü işlərin əksəriyyətini 50 ildən sonra robotların görəcəyi təxmin edilir.
Foto: Google
“Təcrübəsi artdıqca daha çox tapşırıq yerinə yetirə biləcək”
Takaşi bildirib ki, robotu inkişaf etdirərkən, “zəka, nizamsız və ya xaotik vəziyyətə uyğunluq yaradan mexanizm hazırlamaq” fikrindən ilhamlanıb.
Takaşi, “Bir ibtidai məktəb uşağının beyni dinamikası kifayət qədər zəngin olmadığı üçün universitetə qəbul imtahanında riyazi məsələləri həll edə bilməz. Tapşırıqların həll etmə qabiliyyəti şəbəkənin nə qədər zəngin olması ilə bağlıdır.”
“Neyronları olan robotlar, təcrübələri artdıqca daha mürəkkəb problemləri də həll edə bilərcək” deyə o əlavə edir
Digər tərəfdən, araşdırma müəllifləri hazırladıqları robotun insan beynini təqlid edən superkompüterin inkişafına səbəb olacağına ümid etdiklərini bildiriblər.