Bakı Apellyasiya Məhkəməsi meclis.info saytının təsisçisi İmran Əliyev barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə qərarından verilən şikayəti təmin etməyib.
İmran Əliyevin yaxınları bildiriblər ki, aprelin 19-da o, Xətai rayon Məhkəməsində Bakı Baş Polis İdarəsində işgəncəyə məruz qaldığını deyib.
Yaxınları əlavə edir ki, Əliyevin vurğulamasına görə, məhkəmədən sonra o, Xətai rayon Polis İdarəsinə aparılıb, orada isə işgəncələrdən şikayət etdiyi üçün yenidən döyülüb.
Yaxınlarının iddiasına görə, İ.Əliyevin bədənində zorakılıq izləri görünür.
Foto: Hamam Times