Özünü “Edalet-e Ali” (Əlinin Ədaləti) kimi təqdim edən xaker qrupu İranın məşhur Evin həbsxanasına məxsus sənədləri ələ keçirib. Həmin həbsxanadakı məhbusların vəziyyətini aşkara çıxaran sənədlər “Azadlıq Radiosu”na ötürülüb. Məlum olub ki, həbsxanada məhbusların aclıq aksyası keçirməsi və yazdıqları açıq məktubların dərc edilməsi cinayət hesab olunur. Evin həbsxanasındakı keçmiş məmurlardan birinin yeməkdən imtina edən və ya həbsxanadan məktub, bəyanat və audio fayllar yayan məhbusların cəzalandırılmasını istədiyi iddia olunur.

Bu kimi hallarda qanunları pozmaqda ittiham olunan məhbuslar təcrid olunmalı, onların rifahı (özəl və ictimai görüşlər də daxil olmaqla) məhdudlaşdırılmalıdır və biz onların tələblərini araşdırmalıyıq.

sənəddə qeyd olunur

Kim necə cəzalandırılıb: Aclıq aksiyası və digər səbəblərdən həbsxanadakı məhbuslardan bir neçəsi cəzalandırılıb. Onlar arasında tanınmış hüquq müdafiəçiləri də var.

Nəsrin Sotudə, Məhəmməd Nurizad, Nazənin Zagari-Retklif . kollaj:mikroskopmedia

Nazənin Zagari-Retklif: Böyük Britaniya vətəndaşı olan iranlı Nazənin Zagari-Retklif olub. 5 il İranda həbsdə saxlanılan Retklif 2019-cu ildə həbsinə etiraz olaraq aclıq aksiyası keçirib və buna görə onla görüşə gələnlərə qadağa qoyulub və bu yolla aksiyanı dayandırmağına nail olunub. Həbsxanadan ələ keçirilən sənəddə qeyd olunur ki, bu üsul digər məhbuslara da tətbiq olunmalıdır.
Məhəmməd Nurizad: 2019-cu ildə 17 il müddətinə azadlıqdan məhrum edilən rejissor Məhəmməd Nurizad yalan məlumat yaymaqda təqsirli bilinib. O, İran İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneyini təhqir etməkdə ittiham olunur. Sızıdırılan sənədlərdə deyilir ki, həbsxana rəsmiləri aclıq aksiyası keçirdiyi və həbsxanadan açıqlamalar yaydığı üçün rejissorun mobil telefonunu bloklayıb.  M. Nurizad jurnalistlərə müsahibə verməyəcəyinə və həbsxanadan açıqlama yaymayacağına söz verdikdən sonra onun telefonunun bloku açılıb.
Nəsrin Sotudə:Həbsxana rəhbərliyinin cəzalandırdığı digər şəxs insan hüquqları müdafiəçisi Nəsrin Sotudə olub.  O, yalnız əlləri, üzü və ayaqları açıq olan çadra geyinməyə məcbur edilib, ailəsi ilə görüşünə imkan verilməyib. Hüquq müdafiəçisinin həyat yoldaşı Reza Xandanın sözlərinə görə, Sotoudə ona qoyulan tələbləri yerinə yetirmədiyinə görə, 3 həftə ərzində ailəsi ilə görüşünə qadağa qoyulub. Sotudə 2019-cu ildə 38 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Sənədlər nə qədər doğrudur: “Azadlıq radiosu” “Edalat-i Ali” xaker qrupunun dərc etdiyi sənədlərin doğru olub olmadığını müstəqil şəkildə yoxlaya bilməyib.

Bu ilin əvvəlində isə həmin xaker qrupu həbsxananın təhlükəsizlik kameralarından məhbusların döyülməsi, onlara qarşı sistemli zorakılığı əks etdirən görüntüləri ələ keçirib. Həbsxanada məhbuslarla “mehribancasına və İslama məxsus mərhəmət”lə rəftar edildiyini deyən İran rəsmiləri buna görə üzr istəyib.

Mənbə:Azadlıq Radiosu
Tərcümə: Mikroskop Media

 

Leave A Reply