İranda qadınlar kişi futboluna stadiondan baxmaq hüququ qazanıblar.

Bir neçə gün öncə Tehranın Azadi Stadionunda “Persepolis” və “Esteghlal” arasında keçirilən oyunda qadınlar üçün 3000-ə qədər bilet satışa çıxarılıb. Həmin oyuna qadınlar stadiondan canlı baxa biliblər.

FİFA prezidenti Canni İnfantino İranda qadınların stadionlara buraxılması qərarına öz təsiri haqda danışıb:

“Mən İran prezidenti Həsən Ruhani ilə görüşdüm və ondan soruşdum: Niyə qadınları futbol stadionlarına buraxmırsınız? Bu sualdan sonra 30 saniyəlik sükut yarandı və o, “Bizim ölkədə dindarlar bir qədər mühafizəkar fikirdədirlər” deyə cavab verdi. Mən ona dedim ki, əgər kimsə bunu dəyişə bilərsə, bu sənsən”.

Leave A Reply