Bu gun İslandiyada on minlərlə qadın gender əsaslı zorakılığa və maaş bərabərsizliyinə etiraz olaraq 24 saatlıq etiraz tətilinə başlayıblar.
Baş nazir Katrin Yakobsdottir də tətilçilərə qoşulacağını bildirib.
İlk dəfə 24 oktyabr 1975-ci ildə İslandiyanın qadın əhalisinin 90%-ə yaxını gender bərabərliyi tələbi ilə tətilə çıxıb.
“Kvennafri” və ya “Qadınların İstirahət Günü” adlandırılan bu tətil çərçivəsində İslandiyada qadınlar gender bərabərsizliyinə diqqət çəkmək üçün işləməyi dayandırıb, etiraz aksiyaları keçirirlər.
Rəsmi məlumata əsasən, builki tətil son 50 ildə İslandiyada qadınların keçirdiyi ən böyük etiraz aksiyası olacaq.