Meydan TV-nin araşdırması: “II Qarabağ müharibəsindən sonra İsrailin Azərbaycana silah satışı artıb”
Keçən il 40-dan çox yük təyyarəsi silah tədarükü məqsədilə İsraildən Bakıya uçub.
Bu ilin dövlət büdcəsindən ən çox vəsaitin ayrıldığı sahə müdafiə və milli təhlükəsizlik xərcləri olub. Belə ki, bu sahəyə ayrılan xərclər 18% artırılaraq, 8,4 milyarda çatdırılıb.
Araşdırma göstərir ki, Azərbaycanın “Silk Way Airlines” aviaşirkətinə məxsus yük təyyarələri dəfələrlə İsrail Hərbi Hava Qüvvələrinin “Ovda” bazasından havalanaraq, Azərbaycanın paytaxtı Bakıya eniş edib.

İctimaiyyətə açıq olan aviasiya məlumatlarına əsaslanan rəqəmlər nümayiş edir ki, ötən 2024-cü il ərzində İsrailin “Ovda” aviabazasından Azərbaycana hərbi məqsədli 25 uçuş həyata keçirilib.
Müqayisə üçün deyək ki, İkinci Qarabağ müharibəsi zamanı, yəni 2020-ci ildə bu uçuşların sayı 26 olub. Ümumilikdə isə son 9 il ərzində bu tip uçuşların sayı 135 dəfə olub. Bundan başqa Təl-Əvivdən də Azərbaycana hərbi məqsədli uçuşlar həyata keçirilib ki, bunun da sayı 4-5-dir.
Məlumatlar “Flightradar24” saytına istinadən toplanılıb.