Kanadanın Baş naziri Castin Trudo vəzifəsini tərk edir.
Trudo 2015-ci ildən bəri baş nazir vəzifəsini icra edirdi.
53 yaşlı baş nazir deyib ki, üzvü olduğu Liberal Partiya yeni lider seçənədək vəzifəsində qalacaq.
Castin Trudo istefa açıqlamasında partiyadakı daxili münaqişələrə görə seçkilərdə iştirak edə bilməyəcəyini bildirib.
Kanada 2 həftə sonra vəzifəyə başlayacaq Donald Trampın təhdidləri ilə də üzləşib.
Tramp Kanada hökumətini qeyri-qanuni miqrantlar və narkotik ticarəti ilə bağlı ittiham edərək, sərhəd təhlükəsizliyinin təmin edilməməsi halında 25 faiz gömrük rüsumu tətbiq edəcəyi ilə hədələmişdi.