Boeing: “O sizin üçün ölüb, bizim üçün yaşayır”

Amerikanın “Boeing” aviasiya şirkətində təhlükəsizlik problemlərini ifşa edən keçmiş işçi öz avtomobilində ölü tapılıb.
Bir neçə il əvvəl Barnett iddia etmişdi ki, “Boeing”in Cənubi Karolina ştatındakı fabrikində sürətli istehsal tələbi səbəbindən işçilər təyyarələrə standart olmayan hissələr quraşdırmalı olurlar.

Con Barnettin iddiaları 2017-ci ildə Federal Aviasiya Administrasiyası tərəfindən təsdiqlənmiş və “Boeing” şirkəti islahedici tədbirlər görməyə məcbur olmuşdu.

“Boeing” üçün 32 il işləmiş 62 yaşlı Con Barnettin ölümü birmənalı qarşılanmayıb.

Məhkəmə tibbi ekspertizası Barnettin öz maşınında ölü tapıldığını təsdiqləyib.

Onun özü-özünü yaraladığı səbəbindən öldüyü iddia edilir. Tənqidçilər isə bunu qəbul etmir və “Boieng”in mühakimə olunmasını tələb edirlər.

Leave A Reply