Cənubi Koreyada it əti satışını qadağan edən qanun qəbul edilib.
Qanun 2027-ci ildə tam qüvvəyə minəcək.
Koreyada təxminən 1100 it ferması hər il yüz minlərlə it yetişdirir və bu itlər ölkədəki restoranlara göndərilir.
İt fermalarının sahibləri qanun layihəsinə etiraz olaraq 2 milyon iti küçələrə buraxmaqla hədələyib.
Yeni qanuna görə, bir itin ətini əldə etmək məqsədilə öldürülməsi üç ilə qədər həbs və ya 30 milyon von (39 min AZN) məbləğində cərimə ilə nəticələnəcək.