Əhalinin borclanması
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ölkədə əhalinin həddindən artıq borclanmasının müşahidə olunmadığını bildirib. Kazımov bu barədə “Pul siyasəti qərarı”na həsr olunmuş mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, Mərkəzi Bank əhalinin borclanma səviyyəsində kəskin artım və həddindən artıq borclanma halları müşahidə etmir.
Lakin rəsmi göstəricilər fərqli mənzərə yaradır. Bu ilin sentyabr ayına olan məlumata görə, Azərbaycanda əhalinin banklara borcu 20 milyard manatı ötüb.