😮 🇺🇸 🇦🇿 Kaliforniyada işgəncə görən qadın Bakıya qaça bilib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən dəfələrlə şiddətə məruz qaldığını deyir.

İşgəncələr alan qadın fotoları mətbuatla paylaşıb, deyib ki, hadisə ABŞ-da, Kaliforniyada yaşadıqları villada baş verib:
Onun sözlərinə görə, həyat yoldaşı spirtli içki aludəçisi olub. Qadın bildirib ki, əri pivəni içdikdən sonra boş butulkaları onun üzərinə atıb. Bu zaman xanım hamilə olduğunu bildirib. Şikayətçinin sözlərinə görə, şiddətə məruz qaldığı belə insidentlərdən biri zamanı övladını itirib.
O, 17 ay birgə yaşadıqdan sonra Kaliforniyada qaldıqları villadan qaçmağa qərar verib. Məlumata görə, qadının valideynləri və qohumları dəfələrlə ona Kaliforniyada polisə müraciət etməyi tövsiyə ediblər, lakin o, Bakıya qaçaraq xilas olub.
Məzahir Pənahovun oğlu Bakıda olan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Həyat yoldaşına işgəncə verən Məhəmməd Pənahov Los-Ancelesin prestijli bölgəsində 2 milyon dollara dəbdəbəli villa alıb.
Cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb.