Masonlara HƏ, müxalifətə YOX!

Bakıda Azərbaycan Böyük Mason Lojasının Məclisi keçirilib.

Dünyanın müxtəlif ölkələrindən olan masonlar Azərbaycana gəlib.

Bu barədə Rusiya Böyük Mason Lojası məlumat yayıb.

Toplantı iyunun 28-də baş tutub. Məxfi keçirilmiş iclasda müzakirə edilmiş məsələlər barədə məlumat verilməyib.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri, professor Rafiq Əliyev deyir ki, mason təşkilatının Azərbaycanda tədbir keçirməsi normal haldır:

“Yəqin ki, masonlar bu ilin sonunadək qeydiyyata düşəcəklər və onların az-çox fəaliyyətini görəcəyik. Necə ki, nurçular Azərbaycanda fəaliyyət göstərdilər, amma, biz onların fəaliyyətinə 18 il sonra qiymət verdik. Azərbaycanda da masonlar öz fəaliyyətlərini davam etdirəcəklər”.

Leave A Reply