Azərbaycan-Türkiyə

Azərbaycanın Media və Yayım Şurası bildirir ki, Türkiyənin sosial media seqmentində Prezident İlham Əliyevin adından həqiqətə uyğun olmayan fikirlər yayılır. Şura bunu “kobud dezinformasiya nümunəsi” adlandırıb.

Açıqlamada prezidentin çıxış və bəyanatlarının yeganə rəsmi mənbəyinin onun saytı və sosial şəbəkə hesabları olduğu vurğulanır. Şura media və istifadəçiləri paylaşmazdan əvvəl məlumatı yoxlamağa çağırıb.

Şura hansı fikirlərin və hansı hesabların nəzərdə tutulduğunu açıqlamayıb.

Leave A Reply