“Odlar Yurdu Universiteti: Biz bir ailəyik”

Milli Məclisin deputatı və Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri Samir Vəliyev həyat yoldaşının universitetə şöbə müdiri təyin olunması haqqında danışıb.

Deputat deyib ki, əmisi qızı Samirə Vəliyevanın Odlar Yurdu Universitetində şöbə müdiri vəzifəsindən azad edilməsi və həmin vəzifəyə həyat yoldaşı Nərminə Vəliyevanın gətirməsinə onun qərarı deyil:

“Universitetdə rektor var, əmri də o verir. Baş vermiş hansısa struktur dəyişikliyi rotasiya xarakteri daşıyır, burada başqa nə məsələ ola bilər ki? Təbii ki, Samirə xanım yeni vəzifəyə təyin olunub. Kafedra müdirinin müavinidir”.

Qeyd edək ki, universitetin rektoru deputat Samir Vəliyevin atası, keçmiş deputat Əhməd Vəliyevdir.

Leave A Reply