Deputat əmisi qızını işdən çıxarıb, yerinə öz həyat yoldaşını təyin edib.
Odlar Yurdu Universitetinin Magistratura və MBA şöbəsinin müdiri Samirə Vəliyeva tutduğu vəzifədən azad olunub.
Onun yerinə Nərminə Vəliyeva təyin olunub.
Nərminə Vəliyeva Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin Müşahidə Şurasının sədri Samir Vəliyevin həyat yoldaşıdır.
İşdən azad olunan Samirə Vəliyeva isə deputatın əmisi qızıdır.
Odlar Yurdu Universitetinin rektoru isə Samir Vəliyevin atası, sabiq millət vəkili Əhməd Vəliyevdir.