Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirib.
Foto: Hamam Times
O deyib ki, hədəfimiz 2028-ci ildəki Avropa çempionatına vəsiqə qazanmaqdır.
“Gürcüstan kimi komandaların belə turnirlərdə iştirakı bizə motivasiya olacaq.
Oyunlarda əsas məqsəd qələbə qazanmaq olacaq. Bunun üçün yaxşı oynamaq lazımdır. Azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Fanatların stadiona gəlməsi üçün cəlbedici futbol oynamağa çalışacağıq”, – Santuş deyib.