Bazar ertəsi səhər saatlarından başlayaraq, “Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri atəşə tutulub, Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Azərbaycan qarşı tərəfi sonuncu dəfə xəbərdar edir ki, onlara qarşı adekvat cavab tədbirləri görüləcək, – Müdafiə Nazirliyinin yaydığı məlumatda Foto: BBC azəri

Bazar günü Azərbaycan Ermənistanın yaşayış məskənlərini atəşə tutmasını əsas gətirərək cəbhəboyu əks-hücum əməliyyatının başlanmasına qərar verdiyini bəyan edib.

Ermənistan hücuma birinci Azərbaycanın başladığını deyib.

Hər iki tərəf itkilərin olduğunu açıqlayıblar.

Ermənistan itkisinin sayını açıqlayır

Ermənistan bu gecə Dağlıq Qarabağda döyüşlərdə həlak olan daha 15 hərbçisinin siyahısını dərc edib.

Ermənistan mediası ümumilikdə 31 hərbçini itirdiyini bildirib. Bundan başqa Xocavənddə iki mülki şəxsin – bir uşaq və bir qadının öldüyü bildirilir.

Azərbaycan Ermənistanın canlı itki verdiyi bəyan edib. Amma Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, onlar mülki əhaliyə atəş açmırlar, yalnız strateji mövqeləri vururlar.

Ermənistan Müdafiə Nazirliyi döyüşlərin gecə də davam etdiyini bildirir. Bu barədə nazirliyin rəsmisi Artsrun Hovhannisyan öz Facebook səhifəsində yazıb.

“Gecə döyüşlər davam edib. Bizim silahlı qüvvələr əhəmiyyətli müvəffəqiyyətə nail olublar. Lakin vəziyyət hələ həyəcanlıdır, bəzi istiqmətlərdə top döyüşləri gedir,” – deyə yazıb və əlavə edib ki, “Azərbaycan tərəfinin bizim itkilər haqqında məlumatı həqiqətə uyğun deyil”.

Döyüşlərin ilk günü

Azərbaycan bazar günü işğal altında olan Cəbrayıl və Füzulinin bir neçə kəndini azad etdiyini bəyan edib. Bundan başqa, Ağdərə rayonu istiqamətində Murovdağı silsiləsində yerləşən bir neçə post dağıdılaraq bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb, Müdafiə Nazirliyi açıqlayıb.

Azərbaycan və Ermənistanda hərbi vəziyyət elan edilib.

Mənbə: BBC azəri

Leave A Reply