Moskvadakı Azərbaycan evindən bannerlər

Moskvada Azərbaycan səfirliyinin qonaq evinə şüarlar yazılmış bannerlər asılıb, rəsmi Bakı hadisəni təxribat adlandırıb.

Plakatlarda “Rusiya vətəndaşlarından əl çəkin!” və “Dövlət Təhlükəsizlik Xidməti işgəncə verir; Əliyev bunu ört-basdır edir” kimi şüarlar yer alıb.

Məlumata görə, şüarlarda azadlığı tələb edilən şəxslər ötən ilin iyul ayında Azərbaycanda saxlanılan, barələrində cinayət işi açılaraq hökm oxunan Rusiya vətəndaşlarıdır.

Azərbaycan tərəfi baş verənləri təxribat kimi qiymətləndirərək Rusiya aidiyyəti qurumlarından hadisənin dərhal araşdırılmasını tələb edib.

Leave A Reply