Rusiya Kiyevə hücum

Ötən gecə Rusiya qoşunları Kiyev və ətrafına onlarla raket və dronla hücum edib.

Kütləvi hücum nəticəsində azı 15 nəfərin həlak olduğu, 40 nəfərin yaralandığı bildirilir.

Avqustun 21-i Ukrayna paytaxtında matəm günü elan edilib.

Rusiya ordusunun zərbələri nəticəsində Solomensk, Darnitski və Svyatoşinski rayonlarında çoxmərtəbəli yaşayış binalarına, anbarlara, məktəb və uşaq xəstəxanasına ciddi ziyan dəyib, şəhərin bəzi ərazilərində yanğınlar və elektrik kəsintiləri baş verib.

Leave A Reply