Ermənistan parlamentində gərginlik
Ermənistan parlamentində müzakirələr zamanı gərginlik yaşanıb. Müxalif deputat zaldan çıxarılıb.
Avropa İnteqrasiyası Komitəsinin sədrliyinə namizədlərin müzakirəsi zamanı parlamentdə vəziyyət gərginləşib.
Spiker müavini Vahaqn Aleksanyan “Güclü Ermənistan” partiyasından David Qazinyana xəbərdarlıq edib, sonra isə onu qaydaları pozduğuna görə zaldan çıxarıb.
Müzakirələrdə Dağlıq Qarabağ mövzusu və Avropa inteqrasiyası ilə bağlı kəskin suallar səslənib.
Hakim “Mülki Müqavilə” fraksiyası “Güclü Ermənistan”ın namizədini Rusiyaya bağlılığına görə tənqid edib.