🇹🇷 🤔 🇷🇺 Türkiyə deyir “boşanırlar”, Rusiya deyir “yalandır”

Türkiyə mətbuatı yazır ki, Suriyanın keçmiş 1-ci xanımı Əsma Əsəd həyat yoldaşı Bəşər Əsəddən ayrılır və Londona köçür.

Rəsmi Moskva isə Bəşər Əsədin Britaniya əsilli həyat yoldaşının boşanmaq istədiyi və Britaniyaya qayıtmaq barədə xəbərləri rədd edib.

Əsma Əsəd Londonda doğulub, böyüyüb. Həyat yoldaşı, keçmiş Suriya lideri Bəşərlə də elə Londonda tanış olub.

Əsma Suriyada banklar, telekommunikasiya, ticarət mərkəzləri və digər gəlirli biznes sahələrinə nəzarət edirdi.

Leave A Reply