BMT-nin xüsusi missiyası rəsmi Bakının dəvəti ilə 30 ildən sonra Qarabağa səfər edib. Bu addım ABŞ dövlət katibi Antoni Blinkenin təkidindən sonra atılıb.
BMT-nin missiyası Qarabağdakı vəziyyəti yerində qiymətləndirəcək, bölgədə qalan insanların humanitar və təhlükəsizliklə bağlı ehtiyaclarını müəyyən etməyə çalışacaq.
BMT missiyasının üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət ediblər.