Nikol Paşinyan Minskdə keçiriləcək KTMT sammitinə getməyəcəyini deyir.


Paşinyanın mətbuat xidmətinin məlumatına görə, baş nazir bunu Belarus prezidenti Lukaşenko ilə telefon söhbətində bildirib.

Paşinyan bir neçə ay əvvəl demişdi ki, Ermənistan 2023-cü ildə KTMT təlimlərinə ev sahibliyi etmək istəmir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı səfirini də geri çağırıb, onun yerinə təyinat etməyib.

Rəsmi Moskva Ermənistanın son qərarlarını “qeyri-dost” hərəkətləri sayır. Rusiyanın Xarici İşlər Nazirliyi ötən həftə Paşinyan administrasiyasını Rusiya-Ermənistan münasibətlərinin sistematik məhvində ittiham edib, Yerevan isə bu iddianı rədd edib. 

Leave A Reply