Naxçıvanda işçilərin sayı
Naxçıvan Muxtar Respublikasında əmək bazarında azalma tendensiyası davam edir. Rəsmi məlumatlara görə, hazırda muxtar respublikada əmək müqaviləsi ilə işləyənlərin sayı 60 min 977 nəfər təşkil edir.
Son bir il ərzində muzdlu işçilərin sayı 0,3% azalıb. Belə ki, 2025-ci ilin əvvəlində bu göstərici 61 min 142 nəfər olub.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 21 dekabr 2022-ci il tarixində vəzifəsindən uzaqlaşdırılıb.
Bundan bir il keçməmiş muxtar respublikada işçilərin sayında kəskin azalma qeydə alınıb.
Belə ki, işçilərin sayı 110 min 261 nəfərdən 59 min 612 nəfərə düşüb. Bu isə təxminən 46 faizlik azalma deməkdir.
Mütəxəssislər regionda məşğulluq göstəricilərinin dəyişməsini iqtisadi və institusional islahatlarla əlaqələndirirlər.
Rəqəmlər göstərir ki, Naxçıvanda əmək bazarında azalma meyli hələ də davam edir.
Naxçıvanda işçilərin sayı