Hollandiyada ilk gey baş nazir

Hollandiyada siyasi tarixə düşən hadisə baş verib. 38 yaşlı Rob Yetten ölkənin tarixində ən gənc baş nazir kimi vəzifəsinin icrasına başlayıb.

O, eyni zamanda Niderlandın ilk açıq gey baş naziri kimi də tarixə düşüb.

Rob Yetten oktyabr ayında keçirilən parlament seçkilərində gözlənilməz qələbə qazanaraq ifrat sağçı Azadlıq Partiyasının lideri Geert Vildersi məğlub edib.

Onun rəhbərlik etdiyi Demokratlar 66 (D66) partiyası seçkilərdən sonra mərkəz-sağ Xristian Demokrat Çağırış Partiyası (CDA) və liberal Xalq Azadlıq və Demokratiya Partiyası (VVD) ilə birlikdə koalisiya hökuməti qurub.

Yeni hökumət artıq prioritetlərini açıqlayıb.

Kabinet Ukraynaya tam dəstək verəcəyini və NATO qarşısında müdafiə öhdəliklərini yerinə yetirəcəyini bəyan edib.

Bununla yanaşı, hökumət büdcə xərclərinin azaldılmasını, miqrasiya qaydalarının sərtləşdirilməsini və bəzi sosial müavinətlərin ixtisarını planlaşdırır.

Analitiklər Yettenin rəhbərliyi altında qurulan yeni koalisiyanın həm daxili sosial-iqtisadi islahatlar, həm də beynəlxalq siyasət baxımından mühüm qərarlarla yadda qala biləcəyini qeyd edirlər.

Hollandiyada ilk gey baş nazir

Leave A Reply