Bu gün “Neftçi”nin yaranma günüdür.
Ölkənin ən köklü klubu 88 yaşını qeyd edir.
Bakı təmsilçisi 1937-ci ilin martın 18-də “Neftyanik” adı ilə fəaliyyətə başlayıb. Uzun müddət SSRİ çempionatında çıxış edən komanda dəfələrlə uğurlara imza atıb.

1966-cı ildə əfsanəvi Anatoli Banişevskinin də iştirak etdiyi komanda bürünc medallara sahib çıxıb.
1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 9 dəfə ölkə çempionu olub.
“Neftçi” ölkə futbolu tarixində avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ilk klub olub.
Ən sevdiyiniz Neftçili kim olub?